Kreml: “Ermənistanla Rusiya arasında sənədlər paketi imzalanacaq”

Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvaya səfəri zamanı ikitərəfli sənədlər paketinin imzalanması planlaşdırılır.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

O xatırladıb ki, Paşinyan çərşənbə axşamı Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

“Bundan sonra Paşinyanın Rusiya hökuməti səviyyəsində çox intensiv təmasları planlaşdırılıb. Elə orada sənədlər paketi imzalanacaq”, - deyə Peskov bildirib.

Mənbə: RİA Novosti