Ukrayna səfiri humanitar yardıma görə Azərbaycan Prezidentinə təşəkkür edib

“Bu gün Azərbaycandan Ukraynaya böyük humanitar yardımın artıq üçüncü mərhələsi həyata keçirilir. Ukrayna üçün çox vacib yükün olduğu yeddinci təyyarə göndərilir”.
“Report”un xəbərinə görə, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski deyib.
Onun sözlərinə görə, humanitar yardıma dərman vasitələri və ərzaq məhsulları daxildir:
“Ukrayna üçün çox çətin biz zamanda həyata keçirilən humanitar yardım Ukrayna və Azərbaycan arasında strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunun parlaq nümunəsidir. Bu, ehtiyac duyduğumuz bir yardımdır və xalqlarımız arasında böyük dostluğun daha bir sübutudur.
Fürsətdən istifadə edərək, göstərilən yardıma görə Ukrayna dövləti və xalqı adından Azərbaycan rəhbərliyinə, ilk növbədə Prezident İlham Əliyevə səmimi minnətdarlığımı çatdırmaq istəyirəm. Artıq 57 gündür ki, Ukrayna dövləti və xalqı Rusiya işğalına qarşı müqavimət göstərir. Düşmənin nə qədər amansız və həyasız olduğunu görürük. Qadınlara, uşaqlara və qocalara qarşı hansı amansızlığın törədildiyinin şahidi oluruq. Bu gün də dinc sakinlər, uşaq bağçaları, məktəblər atəşə məruz qalırlar”.