Ərdoğan erməni patriarxa məktub göndərdi

Ağrıları böyütmək əvəzinə, min ilədək köklü birliyimizdən ilham alıb gələcəyi birlikdə qurmalıyıq. Əslində bu məqsədlə qonşumuz Ermənistanla müsbət prosesə başlamışıq.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə ermənilərinin patriarxı Sahak Maşalyana 24 aprellə bağlı göndərdiyi mesajda deyib.

“Bilirəm ki, normallaşma prosesi iki qonşu ölkə arasında sıx əməkdaşlığa tərəfdar olan erməni əsilli vətəndaşlarımız tərəfindən səmimi şəkildə dəstəklənir və buna böyük əhəmiyyət verirəm. Sizdən uzun illərdən sonra bölgəmizdə daimi sülh və sabitlik naminə yaranmış bu tarixi fürsətin qiymətləndirilməsinə güclü töhfə vermənizi gözləyirəm. Sizdən əmin olmağınızı istəyirəm ki, biz bu torpaqda çoxəsrlik tərəfdaşlığımız boyunca mədəni və bəşəri həyatımızda silinməz izlər qoyan erməni vətəndaşlarımızın sülh və əmin-amanlıq şəraitində həyatlarını davam etdirmələri üçün əlimizdən gələni edəcəyik. Bu hiss və düşüncələrlə Birinci Dünya müharibəsində itirdiyimiz Osmanlı ermənilərini bir daha hörmətlə yad edir, anım mərasimində iştirak edən bütün vətəndaşlarıma salam və ehtiramımı çatdırıram”, - Ərdoğan bildirib.