Rusiya XİN: NATO yeni silahlanma yarışına başlayır

NATO yeni silahlanma yarışına başlayır.
APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.
Onun sözlərinə görə, Rusiya öz təhlükəsizliyini təmin etmək üçün tədbirlər görüb:
"Ona görə də NATO-nun bütün hərbi hazırlıqları mənasız olacaq".
Qruşko onu da bildirib ki, NATO Rusiya ilə kommunikasiyanı qeyri-mümkün etmək üçün hər cür səy göstərib.