İranın xarici işlər naziri Suriyaya səfər edəcək

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Suriyaya səfər edəcək.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.

O bildirib ki, nazir regional səfər çərçivəsində 2 iyulda Suriyaya səfər edəcək. Səfərdən məqsəd ikitərəfli əlaqələrinin inkişafı, regional və beynəlxalq məsələlərin müzakirəsidir.