Ukrayna NATO-ya hərbi mərkəz yaratmağa dəvət edib

Ukrayna NATO-ya özünün şərq cinahında, məsələn, Polşada “NATO-Şərq” hərbi mərkəzi yaratmağı təklif edir ki, bu da Neapoldakı “NATO-Cənub” layihəsinin analoquna çevriləcək.

“Report” “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna xarici işlər nazirinin birinci müavini Əminə Cabbarovanın bəyanatında deyilir.

“Ukrayna Alyansla əlaqələrini gücləndirməlidir və bundan sonra da gücləndirəcəkdir. Madriddə keçirilən NATO sammitində dövlət və hökumət başçılarına videomüraciətində Prezident Volodimir Zelenski NATO-nun şərq cinahı ilə bağlı anlayışı yenidən nəzərdən keçirməyin vacibliyini vurğulayıb. Ona görə də mən təklif edirəm ki, Alyansın şərq hissəsində, məsələn, Polşada “NATO-Şərq” mərkəzi yaratmaq haqqında birgə düşünək. Nümunə olaraq “NATO-Cənub” mərkəzinin artıq uğurla fəaliyyət göstərən oxşar layihəsini götürə bilərik”-deyə, o bildirib.

O əlavə edib ki, bu layihə Alyansın tərəfdaşlarını, xüsusən də Ukraynanı NATO ilə daha praktik qarşılıqlı fəaliyyətə cəlb etmək üçün qanuni əsas yarada bilər.