Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycana səfər edəcək.
Bu barədə Aİ-nin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Klaar hazırda Ermənistandadır, bundan sonra onun Bakıya səfəri planlaşdırılır.
İyulun 15-də Klaarın Azərbaycanda bir sıra ikitərəfli görüşlər keçirəcəyi gözlənilir.