
2026 seçkiləri öncəsi Paşinyan-kilsə qarşıdurması dərinləşir - TƏHLİL
01:33 22.06.2025
Siyasət
544
Ermənistanın gələcəyi sual altındadır
“Paşinyan kilsəyə qarşı islahatlarla Ermənistanın suverenliyini qorumaq istəyir”
Ermənistanda Baş nazir Nikol Paşinyanla kilsə arasında qarşıdurma hər keçən gün daha da gərginləşir. Sonuncu dəfə erməni baş nazir sosial şəbəkə hesabında qanunvericiliyin kilsəyə dair tələblərindən yazıb. O bildirib ki, Erməni Apostol Kilsəsinin Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş Nizamnaməsi din xadimləri üçün hüquqi qüvvəyə malikdir. Paşinyan vurğulayıb ki, subaylıq andını pozan keşişlər Erməni Apostol Kilsəsinin Nizamnaməsinə görə, dini rütbədən məhrum edilməlidirlər. Kilsənin Azərbaycana və azərbaycanlılara qarşı duruşu məlumdur. Azərbaycan xalqına qarşı nifrət siyasəti məhz kilsə tərəfindən müdafiə və təbliğ olunur.

Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov deyib ki, Ermənistanda kilsə daim çox güclü institut sayılıb. Siyasi şərhçi bildirib ki, Ermənistanda siyasi hakimiyyətə təsir mexanizmlərinə görə, dini hakimiyyət avtonomdur, hətta muxtar statusa malikdir:
"Bu, Ermənistan Konstitusiyasında özünü göstərməkdədir. Bunun nəticəsidir ki, Erməni Katolikosunun kim olmasının qərarı məhz erməni keşişləri tərəfindən verilir. Bu isə əlbəttə ki, Ermənistanın siyasi hakimiyyətinin müstəqilliyini və davranış manevrlərini daraldan məqamdır. Çünki Erməni Kilsəsi daha çox Rusiyadan asılıdır, nəinki İrəvandakı siyasi hakimiyyətdən. Ümumiyyətlə, dünyada erməni kilsəsi hər zaman təxribatçı rol oynayıb. Erməni dövlətinin yaradılmasında xüsusi yeri olub. Bu gün Kilsə Qarabağda baş verənləri hələ də həzm edə bilmir. Onlar Qarabağdan öz xoşları ilə getmiş ermənilərlə birləşərək Azərbaycana qarşı revanş planlayırlar. Belə olan təqdirdə kilsənin fəaliyyətinin özü Ermənistan dövlətinin gələcəyini sual altında qoyur. Paşinyan siyasi hakimiyyətin üzvü, ölkənin lideri kimi yaxşı bilir ki, əgər bir dövlətdə qeyri-siyasi institutun rəhbəri, komandası legitim baş naziri tanımırsa, dövlətin özü sual altına düşür. Ona görə də Paşinyan erməni kilsəsinə qarşı islahatlar həyata keçirmək istəyir".
Analitik hesab edir ki, hərçənd, bu, o qədər də asan məsələ deyil:
"Kilsəyə qarşı islahatları nə Konstitusiya, nə də qanunlarla reallaşdırmaq çətindir. Amma Paşinyan artıq bu prosesə start verib. Məsələ ondadır ki, erməni katolikosu daxili normaları, nizam-intizamı, xristianlığa məxsus olan ənənəni pozub. Paşinyan onu məhz bu məsələdə ittiham edir. Görünür, baş nazir bu məsələdə haqlıdır. Çünki kilsə buna cavab vermək əvəzinə siyasi bəyanatlar səsləndirir. Guya Paşinyan Azərbaycan və Türkiyənin diktəsi ilə bu məsələni həyata keçirir. Məlumdur ki, Ermənistanda 2026-cı ildə parlament seçkiləri keçiriləcək. Seçkilər ərəfəsində, ayrı-ayrı siyasi partiyalar, qruplar arasında toqquşma labüddür. Yaxın gələcəkdə erməni kilsəsinin müqəddəratı mütləq şəkildə həll edilməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət
Ağcabədidə qadın əri tərəfindən bıçaqlandı - YENİLƏNİB
19:38 24.09.2026
Hadisə
David Alabanın yeni klubu bəlli oldu
19:30 24.09.2026
Futbol
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
19:23 24.09.2026
Gündəm
Qazaxıstanda matəm elan edildi
19:16 24.09.2026
Dünya
Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşdü
19:02 24.09.2026
Siyasət
Si Cinpin: Çin və ABŞ tarixi məsuliyyət daşıyır
18:55 24.09.2026
Dünya
Moldova NATO-ya üzv olmaq istəmir
18:26 24.09.2026
Dünya
Ceyhun Bayramov albaniyalı həmkarı ilə görüşdü
18:18 24.09.2026
Siyasət
Putin Fransadakı səfiri vəzifəsindən azad edib
18:07 24.09.2026
Gündəm