Mirzoyanla Xovayevin apardığı fikir mübadiləsi Azərbaycan-Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyasına heç də müsbət effekt verməyəcək".
Bu sözləri "Sherg.az"a politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, ilk növbədə, Rusiya proseslərin dayanmasında maraqlıdır:
"Rusiya Ermənistana Qarabağ mövzusunda, sərhədlər məsələsində ciddi dəstək verir. Rəsmi İrəvanın rəsmi Bakı ilə sülh müqaviləsi bağlamağını istəmir.
Rəsmi Moskva bildirir ki, həm Azərbaycan, həm də Ermənistanın dövlət sərhədinin xəritələri onlarda var. Rusiyanın bu yöndə ortaya çıxardığı xəritə Ermənistanın maraqlarına cavab verir.
Əlbəttə ki, Azərbaycan da buna razı olmur. Beləliklə, sülh prosesi bütövlükdə dalana dirənib. Məhz Xovayevin də Ermənistana səfəri, apardığı danışıqlar birbaşa rəsmi Moskvanın təlimatlarına uyğun şəkildə həyata keçirilib.
Bu da təbii ki, Paşinyanı qane edən proseslərdir. Göründüyü kimi də, erməni xin başçısı razılaşmaları pozur. Tamamilə qeyri-konstruktiv açıqlamalar verir. Belə olan təqdirdə Xovayev Mirzoyan görüşündən müsbət nəticə gözləməyə dəyməz".
Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Rusiya xarici işlər nazirinin xüsusi nümayəndəsi İqor Xovayev Azərbaycan - Ermənistan sərhədinin delimitasiyasını müzakirə ediblər.