KTMT yaxın vaxtlarda dağılacaq? - PROQNOZ



Təşkilat Rusiya və Belarusdan ibarət bir təşkilat səviyyəsinə enəcək
  "Rusiya 30 ildir Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını regional müstəvidə inkişaf etdirə bilmədi. Üstəlik, təşkilat daxilində ziddiyətlər yaradaraq üzv ölkələrə qarşı təzyiqlərini artırdı". Bunu "Şərq"ə açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Ekspert bildirib ki, bu təşkilatın vaxtı ilə üzvü olan Azərbaycan və Özbəkistan qurumu tərk ediblər: "Rusiyanın strateji müttəfiqi olan Ermənistanın da bu təşkilatdan çıxması barədə çağırışlar edilir. Ermənistanda gələn həftə keçiriləcək KTMT toplantısı sadəcə görüntü xarakteri daşıyacaq. Rusiyanın Ukraynada hərbi-siyasi məğlubiyyəti nəticəsində KTMT-nin yaxın perspektivdə dağılması da mümkündür. Rusiyanın üzv ölkələrə qarşı siyasi təzyiqləri və basqıları da təşkilat daxilində parçalanmaya gətirəcək. Demək olar ki, KTMT Rusiya və Belarusdan ibarət bir təşkilat səviyyəsinə enəcək. Halbuki, Rusiya bu təşkilatı təsis edərkən NATO-ya alternativ olacağını düşünmüşdü. Amma Rusiyanın Azərbaycana qarşı Ermənistanın əli ilə vəkalət müharibəsi aparması, Gürcüstan və Moldovada separtizmi alovlandırması sözügedən qurumu inkişafdan saxladı. Rusiya öz yaratdığı təşkilata mismarı elə özü vurdu".
Ekspert vurğulayıb ki, Mərkəzi Asiya ölkələri, xüsusilə KTMT üzvləri - Qazaxıstan və Qırğızıstan Türkiyə orbitinə yaxınlaşır: "Türk Dövlətləri Təşkilatına üzv olan Qazaxıstan və Qırğızıstan həm də KTMT üzvüdür. Uzaq olmayan perspektivdə TDT nəzdində yeni hərbi pakt təsis edilməsi gözlənilir. Belə olan təqdirdə KTMT-nin Mərkəzi Asiyada rolu daha da zəifləyəcək. Rusiya Qərb cəbhəsində qürub etməklə, yaratdığı təşkilatları da özü ilə batırır