"Azərbaycanla İran arasında iqtisadi layihələr sual altına düşməyib"  - Aqşin Kərimov 

"Çoxları elə düşünürdü ki, Rusiya, Azərbaycan  - İran gərginliyində Tehrana dəstəkdir". 
Sherg.az xəbər verir ki, bu haqda siyasi şərhçi Aqşin Kərimov bildirib. O qeyd edib ki, taktiki baxımdan hansısa məqamda bu, Kremlin maraqlarına cavab verə bilər, lakin İranın uzunmüddətli dəstəklənməsi Rusiyanın strateji yanaşmalarına uyğun deyil:

"Bu fikirlər də var idi ki, Qərb də İrana dəstək olur, məqsəd Azərbaycanı sıxışdırmaqdır. Aşağı-yuxarı Qərb də strateji cəhətlərlə Azərbaycanın yanındadır. İranın ali rəhbərinin müşaviri səviyyəsində Azərbaycana verilən xoşməramlı mesajın kökü Tehranın Qərbin, Rusiyanın, Türkiyənin və İsrailin məngənəsində sıxılması ilə əlaqəlidir. Əlalxüsus, bu məsələdə Rusiya amili diqqət çəkməlidir. 
Xatırlayırsınızsa, yazmışdım ki, Rusiya hökumətinin sədri Mixail Mişustinin Bakı səfəri həm də İrana təzyiq xarakteri daşıyır - ən çox da Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizində yükdaşımalarla əlaqədar. Bu öz yerində, Azərbaycanla İran arasında iqtisadi layihələr də görünür ki, sual altına düşməyib".

Turan