Ziyafət Əsgərov: “Ölkədə çoxpartiyalı sistem hələ oturuşmayıb”

“Bu gün ölkədə 50-dən çox partiya olsa da, çoxpartiyalı sistem hələ oturuşmayıb. Məqsəd də odur ki, siyasi partiyalara belə şərait yaradılsın”.
“Report” xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni variantının müzakirəsi zamanı deyib.
O qeyd edib ki, Azərbaycan iqtidarı və dövləti bu məsələdə siyasi partiyaların rolunun artmasında maraqlıdır.