Ərdoğan: "Qarabağın 30 illik işğalına son verən müharibə TDT-nin son uğurlarındandır"

"Qarabağın 30 illik işğalına son verən Vətən müharibəsi Türk Dövlətləri Təşkilatının son uğurlarındandır".
“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşündə deyib.
Onun sözlərinə görə, hədəf regional və beynəlxalq imkanları rifah naminə dəyərləndirməkdir: "Şimali Kiprin TDT-yə müşahidəçi ölkə kimi üzvlüyü həmrəyliyimizi daha da artırıb".
Ərdoğan həmçinin bildirib ki, Türkiyə Rusiya-Ukrayna müharibəsinin bitməsinə çalışır: "İlk gündən bu istiqamətdə səylərimizi davam etdiririk".