Bayramov: “Ən mühüm mərhələ nümayəndə heyətlərinin görüşüdür”

“Dünən Ermənistandan gələn təkliflər paketinə baxmaq imkanım oldu. Hələlik, məzmunun bizi qane edib-etmədiyi barədə birmənalı cavab vermək düzgün deyil”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirilən mətbuat konfransında News.ru portalının jurnalisti Sona Rüstəmovanın İrəvandan Bakıya göndərilən təkliflər paketi ilə bağlı sualını cavablandırarkən deyib.

XİN rəhbəri prosesin mürəkkəb olduğunu qeyd edib. Onun sözlərinə görə, tərəflərin mövqeləri bir çox amillərə görə fərqlənir və bunlarla məşğul olmaq lazımdır, bu planda proses çoxlu mərhələlərdən ibarətdir.

“Ən mühüm mərhələ isə nümayəndə heyətlərinin görüşüdür”, - deyə Ceyhun Bayramov vurğulayıb.