Ərdoğan: Bu seçkilərdə əsas söz sahibi gənclər olacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ərzurumda gənclərlə görüşüb. Prezident bildirib ki, Qara dənizdə aşkar edilən təbii qaz 2023-cü ilin birinci rübündə evlərdə istifadə olunacaq. 

Sherg.az türk mediasına istinadən xəbər verir ki, “Altılıq masa”nı tənqid edən Ərdoğan bildirib ki, son bir həftədə baş verənlər altılıq masanın “neylon, tamamilə layihə məhsulu” olduğunu göstərdi. 2023-cü il seçkilərində 6 milyondan çox gəncin ilk dəfə səs verəcəyini vurğulayan prezident Ərdoğan, "Növbəti seçkilərin kilidini siz açacaqsınız, bu partiya və ya o partiya deyil" deyə bildirib.

Turan