ABŞ dövlət katibinin Azərbaycan və Ermənistan XİN başçıları ilə telefon danışığı olacaq

Yaxın günlərdə ABŞ-nin dövlət katibi Antoni Blinkenlə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı baş tuta bilər.
Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays brifinq zamanı deyib.
O qeyd edib ki, Antoni Blinken Ermənistan və Azərbaycandan olan həmkarlarının rəhbərlərini bir araya gətirməklə, onlarla müntəzəm söhbət etməklə Azərbaycan-Ermənistan məsələsinə verdiyi öz şəxsi töhfəsini nümayiş etdirir.
“Düşünürəm ki, yaxın günlərdə onun Ermənistan və Azərbaycandakı həmkarları ilə yenidən telefonla danışmaq imkanı olacaq”, - deyə Prays bildirib.