Güneyli fəal həbs edildi


Təbrizdə yaşayan milli fəal Əli Şadi yanvarın 4-də təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək naməlum yerə aparılıb.

Sherg.az "Bütöv Azərbaycan Ocaqları"na istinadən xəbər verir ki, Təbrizin Əmin küçəsindəki iş yerində saxlanılan fəalın həbsinin səbəbi və nədə ittiham olunması barədə heç bir məlumat əldə etmək mümkün olmayıb.

Qeyd edək ki, son iki həftə ərzində Azərbaycan Güneyinin bölgələrində milli və siyasi fəalların həbs halları artıb.