Konqresin ermənipərəst üzvü sədrlik etdiyi komitədən qovulub

"Erməni layihəsi tabutuna daha bir mismar vuruldu".

"Sherg.az" xəbər verir ki, bu barədə politoloq Turab Rzayev deyib. 

Ekspert bildirib ki, Konqresin ermənipərəst üzvü sədrlik etdiyi komitədən qovulub: 

"Konqresin erməni məsələləri üzrə fraksiyasının vitse-sədri Kaliforniyalı demokrat Adam Şiff cəmi bir neçə həftə əvvəl rəhbəri olduğu, nümayəndələr palatasının kəşfiyyat komitəsindən qovulub. Şiff komitəyə rəhbərlik etdiyi 2019-2022- cür illərdə ABŞ dövlətinin maraqlarına zidd olaraq vəzifə öhdəliklərindən sui-istifadə etməkdə ittiham olunur. Görünür, ermənipərəst demokrat Nensi Pelosinin sevimlisi konqresmen yeni respublikaçı spiker Kevin Makkartinin xoşuna gəlməyib".