Moskva İrəvanı Bişkekə dəyişdi - KTMT-dən yeni qərar

KTMT-nin Ermənistanda keçirilməsi planlaşdırılan “Sarsılmaz qardaşlıq” sülhməramlı təlimləri Qırğızıstanda keçiriləcək,
Bakupost.az Belorus mətbuatına istinadən xəbər verir ki, bu barədə təşkilatın birləşmiş qərargahından bildirilib.

Qeyd edək ki, KTMT-nin “Sarsılmaz qardaşlıq - 2023” təlimi Ermənistanda keçirilməli idi. Lakin yanvarın əvvəlində baş nazir Nikol Paşinyan İrəvanın bu təlimləri keçirməyəcəyini açıqladı.
Ötən il isə bu təlimlər Qırğızıstanda keçirilməli idi. Lakin əvvəlcə onun keçirilmə tarixi təxirə salındı, sonra isə manevrlər tamamilə ləğv edildi.

Xatırladaq ki, Sarsılmaz qardaşlıq” təlimləri sonuncu dəfə 2020-ci ildə Belarusun Vitebsk vilayətindəki Losvido poliqonunda keçirilib.