11 il həbs cəzası alan Atambayev azadlığa buraxıldı

Qırğızıstanın eks-prezidenti Almazbek Atambayev azadlığa buraxılıb.
Bakupost.az xəbər verir ki, bu barədə TASS keçmiş dövlət başçısının ailəsinəki istinadən məlumat yayıb.
"Atambayev bu gün azad edilib, hazırda evə gəlməyə hazırlaşır", - sabiq prezidentin ailəsindən TASS-a bildiriblər.
Qeyd edək ki, Atambayev 2020-ci il oktyabrın əvvəlində Bişkekdə kütləvi iğtişaşların təşkili ilə bağlı cinayət işi çərçivəsində Milli Təhlükəsizlik Komitəsi tərəfindən saxlanılıb və istintaq təcridxanasına yerləşdirilib. O, daha sonra kriminal avtoritet Əziz Batukayevin qanunsuz azadlığa buraxılması işində korrupsiyada təqsirli bilinib və 11 il müddətinə azadlıqdan məhrum edilib.
Noyabrın sonunda Qırğızıstanın Ali Məhkəməsi onun barəsində aşağı instansiya məhkəmələrinin hökmünü ləğv edib.