Ərdoğan:“Zəlzələdən təsirlənən insan sayı 20 milyona yaxınlaşıb”

“Zəlzələdə yaralanan 81 min vətəndaşımızın böyük bir qismi xəstəxanadan buraxılıb”.
Oxu.Az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Onun sözlərinə görə, Türkiyədə baş vermiş zəlzələdən sonra xilasedicilər tərəfindən dağıntılar altında sağ çıxarılan insanların sayı səkkiz mindən çoxdur:
“Zəlzələdən təsirlənən insan sayı 20 milyona yaxınlaşıb”.
Ərdoğan bütün imkanları ilə Türkiyəyə dəstək verən ölkələrə təşəkkürünü bildirib.
İlhamə Əbülfət