Tərtər rayonunun Talış kəndində tikinti işlərinin ilk mərhələsi yekunlaşır

Hazırda Tərtər rayonunun Talış kəndində tikinti işlərinin birinci mərhələsi yekunlaşmaq üzrədir, fevralın sonuna qədər işlər başa çatdırılacaq.
“Report” xəbər verir ki, bu barədə Şəhərsalma Məsələləri üzrə İşçi Qrupunun Ağdamda keçirilən iclasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.
“Ümid edirik ki, fevralın sonuna qədər həmin ərazi 20 ailənin köçürülməsi üçün hazır olacaq. Hazırda orada gecə-gündüz iş aparılır”, - deyə o qeyd edib.