Zaxarova: “Lavrov Azərbaycana səfər etməyi planlaşdırır”

“Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri üzərində iş gedir”.
“Report”un Rusiya bürosunun məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib.
“Təfərrüatları səfər razılaşdırıldıqdan sonra açıqlayacağıq”, - o bildirib.