ATƏT-in Baş katibi İlham Əliyevlə danışıqlarından yazdı - FOTO

“Azərbaycan Prezidenti İlham Əliyevlə bir sıra aktual mövzular ətrafında maraqlı müzakirəmiz oldu”.
Bu sözləri ATƏT-in Baş katibi Helqa Maria Şmid öz “Twitter” hesabında yazıb.
“Qara dəniz regionunda güvən yaratmaq, kommunikasiyaları gücləndirmək və təhlükəsizliyin iqtisadi ölçüsünə töhfə vermək üçün regional əməkdaşlıq üzərində işi davam etdirmək vacibdir” - Helqa Maria Şmid qeyd edib.