Moldovanın yeni baş naziri Moskvaya meydan oxudu

Moldovanın yeni baş naziri Dorin Reçan rus qoşunlarının Dnestraynı bölgəni tərk etməli olduğunu bildirib.
Bakupost.az Moldova KİV-ə istinadən xəbər verir ki, o, bölgənin demilitarizasiyasını da vacib hesab etdiyini bildirib.
Dorin Reçan vurğulayıb ki, bundan sonra Dnestryanı iqtisadi və sosial baxımdan Moldovaya inteqrasiya edilməlidir.
"Biz özümüzü bitərəf elan etmişik, amma kimsə bizə hücum etmək istəsə, onda nə edəcəyik, çantamızı götürüb qaçacağıq? Təhlükəyə göz yummaq, belə bir təhlükənin olmadığı barədə ictimaiyyəti çaşdırmaq məsuliyyətsizlikdir", - Moldova baş naziri vurğulayıb.