“Fransa Afrika qitəsini uzun müddət müstəmləkəsi altında saxlayıb. Afrikanın bir sıra dövlətləri müsəlmandır. Fransanın islamafobiya meyillərini Əlcəzairə qarşı kütləvi qətliamlarından da görmək mümkündür. İslamafobiya XX əsrin 50-60-cı illərindən başlayıb, bugünədək davam edir”.
Bunu “Sherg.az”a Fransada güclənən islamafobiya ilə bağlı danışan Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov deyib.
O bildirib ki, həmin ölkədə yaşayan müsəlmanlara ciddi basqılar var:
“Fransanın Azərbayana qarşı tutduğu qərəzli və düşmən siyasətinin arxasında həm islam, həm də türk amili dayanır.
Fransa regional, beynəlxalq platformalarda anti-Azərbaycan mövqeyindən çıxış edib.
Bunu I Qarabağ müharibəsindən sonra ATƏT-in Minsk qrupu həmsədrləri, BMT, Avropa İttifaqı, Avropa Şurası çərçivəsində görmüşük. Fransanın əsas hədəfi ölkəsində artmaqda olan müsəlmanların və islamın qarşısını almaqdır. Lakin dövrün tələbinin qarşısını ala bilməyəcək. Həm Afrikada, həm Cənubi Qafqazda itirdiyi nüfuzunu bərpa etməyə çalışır. Fransanın islamafob siyasəti, Azərbaycana qarşı qərəzli münasibəti müsəlmandan, türkdən qorxmasından və əlindəki əraziləri getdikcə itirməsindən irəli gəlir”.
Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin və G20 Dinlərarası Dialoq Forumunun birgə təşkilatçılığı ilə martın 15-də Bakıda keçirilən “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransın növbəti aralıq sessiyası “Fransada islamofobiya” mövzusuna həsr olunub.