İran XİN-dən Böyük Britaniyanın sanksiyasına cavab

Londonun Tehrana qarşı növbəti sanksiyalarından sonra Böyük Britaniyanın bu ölkədəki müvəqqəti işlər vəkili İzabel Marş İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Qeyd olunur ki, diplomat “Böyük Britaniyanın dağıdıcı və müdaxiləçi fəaliyyəti və bəyanatları” səbəbindən İran xarici siyasət idarəsinə dəvət olunub.

Bundan əvvəl Böyük Britaniya, Kanada, İsveç və Ukrayna 2020-ci ildə Ukraynaya məxsus “Boeing-737” sərnişin təyyarəsinin vurulması ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində İrana qarşı iddia qaldırmışdılar. Tehran-Kiyev marşrutu üzrə PS752 reysi İran İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin mühafizəçiləri tərəfindən iki hava raketi ilə vurulmuşdu. Təyyarədə olan 176 nəfərin hamısı, o cümlədən 167 sərnişin və doqquz ekipaj üzvü həlak olmuşdu.
Bəyanatda deyilir ki, İranın hərəkət və hərəkətsizliyi ölkənin beynəlxalq hüquqi öhdəliklərinin pozulmasıdır. Hər dörd dövlət İranı faciənin qarşısını almaq üçün addımlar atmamaqda, habelə beynəlxalq standartlara uyğun olaraq tam, şəffaf və qərəzsiz ibtidai istintaq və məhkəmə prosesini həyata keçirməməkdə ittiham edir.

Mənbə: gazeta.ru