Ərdoğan-Zelenski görüşünə Kremldən reaksiya

"Kreml Ərdoğan və Zelenski arasındakı danışıqları çox diqqətlə izləyir və nəyin müzakirə olunacağını bilmək maraqlı olacaq".
Bakupost.az Rusiya KİV-ə istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib.
"Biz Ankara ilə konstruktiv tərəfdaşlığımızı davam etdiririk, bu əlaqələri yüksək qiymətləndiririk və Türkiyə tərəfdən qarşılıqlı münasibət hiss edirik. Ona görə də, əlbəttə ki, cənab Ərdoğan və cənab Zelenski arasında nələrin müzakirə olunacağını bilmək bizim üçün maraqlı olacaq. Bu vacibdir", - Peskov jurnalistlərə bildirib.
O, Putinlə Türkiyə prezidenti arasında görüş ehtimalını şərh edərkən qeyd edib ki, yaxın gələcəkdə təmaslar istisna edilmir.
Bundan öncə bildirilmişdi ki, Ərdoğan Vladimir Zelenski ilə cümə günü keçiriləcək danışıqlardan sonra Rusiya prezidenti Vladimir Putinlə görüşə bilər.