Azərbaycan və İran arasında çoxsaylı iqtisadi sahədə layihələr var - XİN rəhbəri

Azərbaycan və İran arasında çoxsaylı iqtisadi sahədə layihələr var. Onların bəziləri icra olunur, bəziləri isə müzakirə olunur.

Bu barədə xarici işlər naziri Ceyhun Bayramov Trend-in sualını cavablayarkən deyib.

“Yaxın günlərdə Azərbaycan-İran hökümətlərarası kommisiyanın həmsədrlərinin görüşü planlaşdırılır. Həmin görüşdə nəqliyyat, energetika, su resurslarının birgə istifadə edilməsi və bir sıra digər istiqamətlərdə danışıqların aparılması üçün görüş keçiriləcək. Güman edirik ki, həmin görüşün də müsbət nəticələri olacaq”, - deyə nazir əlavə edib.