BMT rəsmisi: “Azərbaycan diplomatlarının sülhün təşviqinə töhfəsi hamı üçün çox vacibdir”

Azərbaycan diplomatlarının dialoqun, sülhün təşviqinə verdiyi həyati töhfə hamı üçün çox vacibdir.

"Report" xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva tviter hesabında yazıb.

“Azərbaycanın diplomatik xidmət Günü münasibəti ilə Xarici İşlər Nazirliyinin fədakar əməkdaşlarını səmimi qəlbdən təbrik edirəm.

Çoxtərəfliliyin, dialoqun, sülhün və əməkdaşlığın təşviqinə verdiyiniz həyati töhfə hamı üçün daha parlaq və firavan gələcək qurmaq naminə çox vacibdir”, - Vladanka Andreyeva qeyd edib.

Qeyd edək ki, 9 iyul - diplomatik xidmət orqanlarının əməkdaşlarının peşə bayramı günüdür. Xarici İşlər Nazirliyinin yaradılmasından 104 il ötür.