Rusiya Türkiyənin “Azov” komandirlərini Ukraynaya qaytarmasından narazı qalıb

“Moskva “Azov” komandirlərinin Ukraynaya qaytarılması ilə bağlı mövqeyini Ankaraya çatdıracaq. Bu, üzbəüz olacaq”.

“Report” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib.

O bildirib ki, Türkiyə razılaşmaları pozub: “Rusiya “Azov”un rəhbərlərinin geri qayıtması ilə bağlı vəziyyəti Türkiyə ilə müxtəlif sahələrdə müqavilələrdə nəzərə alacaq. Rusiya mövqeyini Türkiyəyə çatdırmaq üçün müxtəlif yüksək səviyyəli kanallardan istifadə edəcək”.

D.Peskovun sözlərinə görə, amma bu məsələ qaz qovşağı layihəsinə təsir etməyəcək: “Türkiyənin Ukrayna ilə münasibətləri inkişaf etdirmək üçün hüququ var. Lakin Rusiya bunun Moskvaya qarşı yönəlməyəcəyinə ümid edir”.

Kremlin sözçüsü deyib ki, V.Putinin Türkiyəyə səfər tarixi hələlik məlum deyil: “Telefon danışığı da gündəlikdə yoxdur. Amma liderlər bunu sürətli şəkildə koordinasiya edə bilərlər. Rusiya Türkiyə ilə münasibətləri davam etdirmək niyyətindədir”.