NATO rəhbəri Ərdoğana cavab verib

“Türkiyənin Avropa İttifaqına üzvlüyünü dəstəkləyirik”.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, rəsmi Ankara Aİ-yə üzv olmalıdır.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün deyib ki, Türkiyənin Aİ-yə üzvlüyünə şərait yaradıldıqdan sonra Ankara İsveçin NATO-ya üzvlüyünü təsdiqləyəcək.