Bayden: “Ukrayna hələ NATO üzvlüyünə hazır deyil”

“Ukrayna hələ NATO üzvlüyünə hazır deyil”.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden Britaniya baş naziri Rişi Sunakla görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hələ bunun vaxtı çatmayıb.

Qeyd edək ki, sabah NATO-nun Vilnüsdə keçiriləcək sammitində rəsmi Kiyevin Alyansa üzvlüyü məsələsi də müzakirə olunacaq.