İyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə keçiriləcək sammitə qatılacaq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkəyə səfəri öncəsi təəccüblü mesajlar verib.
"Sherg.az" xəbər verir ki, Ərdoğan bildirib:
“Əvvəlcə, Avropa Birliyində Türkiyənin yolunu təmizləyək, sonra Finlandiyaya yol açdığımız kimi İsveçin də yolunu açaq”.
SVT: Türkiyənin AB üzvlüyünə qarşı NATO-nun İsveçə dəstəyiBu mesaj dünya mətbuatında geniş əks-səda doğurub. İsveç mediası SVT televiziyası öz izləyiciləri ilə paylaşıb ki, Ankara avropalıların Türkiyə ilə Aİ-yə üzvlük danışıqlarına başlaması müqabilində İsveçin NATO-ya müraciətini dəstəkləyəcək.
Reuters: Gözlənilməz hərəkət
Böyük Britaniyada yerləşən Reuters agentliyi Ərdoğanın İsveçin NATO üzvlüyünü Türkiyənin AB üzvlüyü ilə əlaqələndirdiyini açıqlayıb. Ərdoğanın açıqlamasının “gözlənilməz hərəkət” olduğu bildirilib və aşağıdakılar sitat gətirilib:
"Ərdoğan bildirib ki, Türkiyə parlamenti İsveçin NATO hərbi ittifaqına qoşulmaq istəyini təsdiqləməzdən əvvəl Avropa İttifaqı Ankaranın bloka daxil olması üçün yol açmalıdır. Türkiyənin AB-yə üzvlük iddiası 2005-ci ildən,danışıqlara başlandıqdan sonra Ərdoğanın ilk baş nazirliyi dövründə dondurulmuşdu. Ankara ilə blok üzvləri arasında əlaqələr bir neçə il əvvəl, xüsusən də 2016-cı ildə Türkiyədə uğursuz çevriliş cəhdindən sonra pisləşsə də, o vaxtdan bəri xeyli yaxşılaşıb.
Euronews: Türkiyənin üzvlüyü dayandırılıb
"Ərdoğan: Aİ Türkiyəyə yol apararsa, Ankara İsveçin NATO üzvlüyünə razılıq verə bilər", - Fransada yerləşən Euronews yazıb.
Bildirilib ki, Türkiyə Aİ-yə üzv olmağa namizəddir, lakin onun üzvlük hədəfi dayandırılıb. Bunun səbəblərindən biri də AB üzvü Cənubi Kipr Rum Administrasiyası ilə fikir ayrılıqları olub.
Xatırladaq ki, İsveçdə terror təşkilatı PKK və onun törəmələrinin mövcudluğunu milli təhlükəsizliyinə təhdid kimi görən Ankara bu ölkənin NATO üzvlüyünü dayandırıb.
“Stokholmda keçirilən anti-Türkiyə və İslam əleyhinə etirazlar NATO sammitinə qədər razılığın əldə oluna biləcəyinə dair şübhələr yaradıb”, - məlumatda deyilir.
“Yeni tələb İsveçin vaxtı keçmiş üzvlük üçün müraciət etməsini çətinləşdirir”, – ABŞ-da yerləşən Bloomberg bildirib.
Prezident Ərdoğanın sözlərinin Skandinaviya ölkəsinin üzvlüyünü tamamlamağa ümid etdiyi sammitə saatlar qalmış hərbi ittifaqın genişləndirilməsini “çətinləşdirdiyi" iddia edilib.
Mənbə: EnSonHaber