Kiyevə hücum:  Rusiyanın 26 PUA-sı və bir kəşfiyyat aparatı məhv edilib

Ukrayna hərbçiləri gecə vaxtı Kiyev yaxınlığında Rusiya qüvvələrinə məxsus  PUA-ların necə sıradan çıxarılmasının  görüntülərini  yayıb.

 İyulun 11-nə keçən gecə Ukrayna Hərbi Hava Qüvvələri və Müdafiə Qüvvələrinin digər hərbi hissələri Rusiyanın 26 ədəd PUA-sını və “Zala” tipli bir kəşfiyyatçı pilotsuz uçuş aparatını məhv edib.

"Sherg.az"ın  “Ukrinform”a istinadən  xəbərinə görə,  Ukrayna Birləşmiş  Silahlı Qüvvələrinin  komandanı general-leytenant Serxi Nayev Kiyevə yaxınlaşmaq istəyən Rusiya qüvvələrinin  pilotsuz təyyarələrinin vurulmasını  əks etdirən videonu ictimaiyyətə açıqlayıb.

 "Hərbi Hava Qüvvələri və Müdafiə Qüvvələrinin digər hissələrinin iştirakı ilə aparılan uğurlu döyüşlər nəticəsində 26 PUA və "Zala" tipli bir kəşfiyyat PUA- sı  məhv edilib.
 
Onun sözlərinə görə, Rusiya ordusu  cənub-şərq istiqamətindən (Primorsko-Axtarsk) buraxılan pilotsuz uçuş aparatlarından istifadə etməklə bir ay ərzində ikinci dəfə Kiyevə hücum edib.
 
“Mobil qruplarımız və hava hücumundan müdafiə qüvvələrimiz Kiyevə yaxınlaşmaq istəyən Rusiya hərbcilərinin  hədəflərini müəyyənləşdirmək  və məhv etmək üçün işə başlayıb. Hava hücumundan müdafiə sistemimizin köməyi ilə bütün hədəflər məhv edilib”, - deyə Nayev vurğulayıb.

Komandir bildirib ki, bəzi pilotsuz təyyarələrin qalıqları Kiyev vilayətinin yaşayış məntəqələrindən birinə düşüb , xoşbəxtlikdən tələfat olmayıb.
 
Eyni zamanda, Nayev ukraynalıları hava xəbərdarlığı siqnallarına əməl etməyə  və düşmən hədəflərinin məhv edilməsi  zamanı sığınacaqlarda qalmağa çağırıb.

Turan