Peskov: "Türkiyə ilə münasibətləri inkişaf etdirmək niyyətindəyik”

“Rusiya fikir ayrılıqlarına baxmayaraq, Türkiyə ilə münasibətləri qarşılıqlı faydalı şərtlər əsasında inkişaf etdirmək niyyətindədir”.

“Report”un Rusiya bürosu xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Bütün məlum fikir ayrılıqlarına baxmayaraq, Türkiyə ilə dialoqumuzu və əlaqələrimizi həm bizim, həm də onlar üçün faydalı olan istiqamətlərdə inkişaf etdirmək niyyətindəyik”, - Peskov bildirib.