Aİ-nin XİN başçıları Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasını müzakirə edəcəklər

Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri iyulun 20-də Brüsseldə keçiriləcək görüşdə digər məsələlərlə yanaşı, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını müzakirə etməyi planlaşdırırlar.

“Report”un məlumatına görə, bu barədə jurnalistlərə avropalı yüksək rütbəli rəsmi şəxs məlumat verib.

XİN başçılarının toplantısında Türkiyə-Aİ əlaqələri də müzakirə olunacaq.

Qeyd edək ki, rəsmi Ankara İsveçin NATO-ya üzvlüyünə razılığı qarşılığında Türkiyənin Avropa İttifaqına üzvlüyünün tezləşdirilməsi şərti ilə çıxış edib. Nazirlərin toplantısı NATO-nun iyulun 11-12-də Litvanın paytaxtı Vilnusda keçirilən sammitindən sonra ilk yığıncağı olacaq.