Paris-2024: Lamiyə Vəliyeva növbəti medalını qazanıb

Azərbaycanın paraatleti Lamiyə Vəliyeva (T13 kateqoriyası) Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb.
"Report"un məlumatına görə, idmançı bu dəfə 400 metr məsafəyə qaçışda gümüş mükafat əldə edib.
O, finiş xəttini 55,09 saniyəyə keçib.
Qeyd edək ki, Lamiyə Vəliyeva daha əvvəl 100 metr məsafəyə qaçışda qızıl medal əldə etmişdi.