Ərdoğandan Rusiyaya dəstək

"Türkiyə Pr4ezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinin razılığı olmadan Ukraynaya taxıl sazişində təktərəfli dəstək verməkdən imtina etdi".
Bakupost.az xəbər verir ki, bu barədə Bloomberg bildirib.
Agentlik bildirib ki, taxıl sövdələşməsi başa çatdıqdan sonra Ərdoğan Türkiyə Hərbi Dəniz Qüvvələrinin Ukrayna limanlarından çıxan gəmiləri müşayiət etmək, eləcə də həmin limanları Rusiya qoşunlarının hücumlarından qorumaq təklifini rədd edib:
"Çünki bu, Türkiyə üçün çox böyük risk yaradır. Türklər döyüş gəmilərini təhlükəyə atmaq istəmir. Ərdoğan onunla əlaqə saxlayanlara “Rusiyanın iştirakı ilə sövdələşməni bərpa etmək” məsələsinə diqqət yetirməyi tövsiyə edib.