Qarabağdakı separatçı rejim Azərbaycan kəşfiyyatından yayınmaq üçün yeni metoda əl atır.
Publika.az-ın məlumatına görə, Ermənistandakı “Zəngi” telekommunikasiya şirkəti ilə separatçılar arasında müqavilə imzalanıb.
Layihəyə əsasən, “Zəngi” şirkəti separatçıların danışıqlarının məxfiliyini qorumaq istiqamətində addımlar atacaq. Belə ki, mülki danışıq operatoru hərbiləşdiriləcək. Şirkətin rəhbəri Vahram Martirosyan bildirib ki, bu ideya 2016-cı ilin aprel müharibəsindən sonra gündəmə gəlib. Məqsəd müasir və qorunan rabitə sisteminin yaradılmasıdır. Araik Arutyunyan da daxil olmaqla separatçı rejimin rəhbərliyi bu rabitə vasitəsindən istifadə etməklə danışıqların məxfiliyini təmin edə biləcəklər.
Hesab edirlər ki, bununla Azərbaycan kəşfiyyatının onları dinləməsinin qarşısını ala biləcəklər. Məlumatlara görə, “Zəngi” şirkəti 6 ay öncədən başlayaraq, infrastrukturun yaradılması istiqamətində işləyir.
Seperatçı rejimin yenj üsulunu "Sherg.az"a dəyərləndirən internet-media eksperti Səbuhi Abbasov bildirib ki, Qarabağ iqtisadi zonası dünya birliyi tərəfindən tanınan Azərbaycan ərazisi olduğuna görə, orda bağlanan müəyyən müqavilə, saziş birbaşa təxribatdır:
" Ermənistanın sözügedən müqaviləni imzalaması qeyri-qanunidir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bununla bağlı tədbirlər planı həyata keçirtməlidir. Beynəlxalq təşkilatlara, kommunikasiya birliklərinə rəsmi müraciət ünvanlanmalıdır. Dövlətlər və təşkilatlar arası qarşılıqlı anlaşmalar var. Bu anlaşmaların müddəalarında Azərbaycanın ərazi bütövlüyünün qorunması və telekommunikasiya məkanının dəqiq xəritəsinin çəkilməsi öz əksini tapıb.
Azərbaycan kəşfiyyatı dünyada ən güclü orqanlardandır. Erməni seperatçılar bir yox, yüz müqavilə imzalasalar belə, Azərbaycan sərhədləri daxilində baş verən bütün prosesləri hökumətimiz ciddi nəzarət etmək gücünə malikdir. Xırda mübahisəli məsələlər də həllini tapacaq. Sülh müqaviləsində də müvafiq şərtlər qeyd olunacaq. Seperatçı rejimin yeni metodu Azərbaycanln kəşfiyyatın mane törətməyəcək.
Məsələyə səssiz də qalmaq olmaz. Telekommunikasiya sahəsinə aid nazirlik və təşkilatlar, Qeyri-Hökumət Təşkilatları (QHT) beynəlxalq səviyyədə tələblərini irəli sürməlidilər".