Azərbaycanın rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında olan Xankəndi şəhərindəki separatçı-terrorçuların rəhbəri Araik Arutyunyan 17 iyulda başlatdığı “oturaq aksiyanı” dayandırdığını elan edib.
Araik hətta Moskvada iyulun 25-də baş tutan Rusiya, Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün də “bu aksiyanın nəticəsi” olduğu haqda gülünc bəyanat verib. Nəzərə alsaq ki, həmin görüşdə Azərbaycanın mövqeyinə uyğun olaraq Rusiya XİN rəhbəri Sergey Lavrov ümumiyyətlə, “Dağlıq Qarabağ” sözündən istifadə etməyib, onda Araikin necə gülünc iddia səsləndirdiyi bir daha aydın olur.
Qeyd edək ki, qondarma rejimin son zamanlar fəallaşdığı müşahidə olunur. Araikin "oturaq aksiya" şousu da bunun nümunələrindən biridir.
Araikin sərsəm bəyanatı ilə bağlı "Sherg.az"a danışan siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev bildirib ki,"qu quşunun son nəğməsi" olduğu kimi Araikin də son sözləridir:
" Hər şey əlindən çıxıb. Azərbaycanın və Ermənistanın mövqeyini bilir. Rusiyanın da mövqeyi onun üçün bəlli oldu. Araik hər bir dövlətin öz milli marağı olduğunu başa düşməlidir. Milli maraqlara uyğun lazım gələndə qurban verməyi də bacarmalıdır. Rusiya Azərbaycanı qazanmaqdan ötrü Araiki qurban verməli idi. Hətta bunu erməni əsilli nazir də etiraf edir.
Araik "aqoniya"ya (red.canvermə) düşüb, hədə qorxu gəlir. "Qorxaq it hürəyən olur". Araikin çıxışlarına çox fikir verməyin, onun quduzlaşmaq inkanı da yoxdur. Çünki quduz it dişləyəndə pis olur. Amma o Azərbaycan üçün heç nə ifadə etmir. Ermənilər də Araikin ikiüzlü siyasətindən bezib. Bir tərəfdən deyir ki, Xankəndidə siqaret çatışmır. Ermənistanda kifayət qədər tanınan bloger, jurnalist Roman Baqdasaryan çıxış edir ki, ancaq qondarma qurumun "təhlükəsizlik şurasının sabiq rəhbəri" Vitali Balasanyanın evindən 50 min qutu siqaret çıxıb. Görünən odur ki, gələn humanitar yardımı belə Nesisyan, Araik , Vardanyan Balasanyanın əli ilə satırlamış. Onun dediyinə görə bazarda biri təxminən 900 dramdır.
Azərbaycan qeyri-qanun fəaliyyətlə məşğul olan BQXK-yə maneə yaratdı. Gündəlik biznesləri alınmır. Ona görə də, Araik aqressivləşib. Məsəl var; "yaz danası mıxdan qopanda, mıxın biri yerə dəyəndə, biri də danaya dəyir". Araik də mıxı qoparıb, istəyir lap səhərə qədər yataraq mitinq keçirtsin, hamısı boş şeydir. Azərbaycan öz iradəsi və gücü naminə istəyinə nail olacaq"