“Kütləvi qırğın silahlarından istifadə riskləri artır”.
Nunu Belarus Prezidenti Aleksandr Lukaşenko Beynəlxalq Təhlükəsizlik üzrə XI Moskva Konfransının açılışında deyib.
O bildirib ki, Belarusda taktiki nüvə silahlarının yerləşdirilməsi Şərqi Avropanın sürətlə hərbiləşdirilməsinə, ABŞ və NATO-nun hərbi fəallığının artmasına adekvat cavabdır.
A.Lukaşenkonun sözlərinə görə, hazırda mövcud vəziyyət çox gərgindir: “Silahlara nəzarət sahəsində beynəlxalq hüquq da artıq gücdən düşür”.
Bəyanatı “Sherg.az”a şərh edən Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov vurğulayıb ki, Lukenşonkonun açqlaması Belarusun Qərbi şantaj etdiyinin göstəricisidir:
"Belarus rəhbərliyi Qərbin onlara qarşı məkrli planlarından xəbərdardır. Xüsusilə də bu gün rəsmi Minskin bütün təzyiqlərə rəğmən Rusiyanın yanında yer alması Avropa və kollektiv Qərbi ciddi şəkildə narahat edir. Belə bir situasiyada isə Rusiya Belarusun vasitəsilə Qərbə bir növ xəbərdarlıq edir.
Digər tərəfdən bu gün vaqnerçilərin Belarusda yenidən peyda olunması fonunda Rusiyanın daha dağıdıcı planlarının həmin ərazilərdən həyata keçirməyəcəyini də heç kim söyləyə bilməz. İndiki vəziyyətdə isə nüvə silahından istifadə o qədər də ağlabatan versiya deyil. Ancaq biz bilmirik ki, Şimal qonşumuz müharibədə tam məğlub olacağını anladığı zaman hansı vasitələrə əl atacaq. Çünki Rusiyanın hələ də Ukrayna cəbhəsində müəyyən qələbə ümidi var. Bütün bu ümidlər onun əlindən çıxandan sonra Moskvanın hansı varianta əl atacağı isə sual doğurur".