Azərbaycanın ABŞ-nin Los-Anceles şəhərindəki Baş konsulluğunun qarşısındakı meydanın adı dəyişdirilərək “Artsax respublikası” adlandırlıb.
Məsələyə münasibət bildirən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli "Sherg.az"a bildirib ki, bunun doğru addım olmadığı sözsüzdür:
"Amma ABŞ və Azərbaycan münasibətlərinə bunun aidiyyatı yoxdur. Çünki bələdiyyəni cəmiyyət seçir. Bu isə dövlətin deyil yerdəki icmaların təmsilçisidir. Orada böyük əksəriyətin erməni olduğun hər kəs bilir. Xüsusilə Los-Anceles zonası birmənalı şəkildə erməni ştatı sayılır. Bu baxımdan orada erməni lobbisinin gücü var. Amerika dövlətinin siyasəti ilə əlaqələndirmək olmaz. Bu hadisə bələdiyyənin bir təşəbbüsüdür. Sadə formada etiraz etmək lazımdır. Amma dövlətlərarası skandala səbəb olacaq məsələ deyil. Sabah orada Ermənistanın təsir etmədiyi bələdiyyə seçilsə, dərhal onun adını dəyişəcəklər".
Qeyd edək ki, Los-Anceles ABŞ-də erməni lobbisinin ən güclü olduğu şəhərlərdən biridir.