Qazaxıstanda AES  inşa oluna bilərmi? - RƏY 

Jomart Tokayev Qazaxıstanda atom elektrik stansiyasının tikintisi ilə bağlı qərar vermək üçün ümumxalq referendumu üçün çağırış edib.

TurkicWorld-ə məlumatına görə, Qazaxıstanın prezidenti Tokayev bildirib ki, növbəti beş il ərzində ölkədə 14 giqavatlıq yeni enerji gücləri istifadəyə veriləcək.

“Atom elektrik stansiyasının tikilib və ya tikilməməsi, ölkəmizin gələcəyi ilə bağlı son dərəcə vacib məsələdir. Ona görə də mən bunu ümumxalq səsverməsinə çıxarmağı təklif edirəm. Konkret tarixlər sonra müəyyən olunacaq”,- deyə prezident qeyd edib.


J. Tokayevin ümumxalq referendumu ilə bağlı çağırışını "Sherg.az"a şərh edən siyasi şərhçi Kənan Novruzov bildirib ki, Müasir dünyada ölkələrdə atom elektrik stansiyasının mövcudluğu bir çox beynəlxalq təşkilatlar tərəfindən yaxşı qarşılanmır: 

"Çünki atom elektrik stansiyası birbaşa təhlükə obyektidir. Ehtimal olunan hərbi toqquşmalarda bu stansiyasının vurulması ciddi fəlakət vəd edir. Qazaxıstanda AES-nın  inşası praktik baxımdan mümkündür. Amma bu qərarın referendumdan keçəcəyini düşünmürəm. Çünki xarici güclər buna icazə verməz. Məsələn, Qazaxıstanda belə bir obyektin inşası Rusiyanın da ürəyincə olmayacaq. Azərbaycan rəhbərliyinin gündəliyində isə yaxın gələcəkdə atom elektrik stansiyasının tikintisi nəzərdə tutulmayıb. Buna ehtiyac belə yoxdur.  Bizim xarici siyasət kursumuz ilə bağlı daha vacib prioritetlərimiz var. Həmçinin Türkiyədə də bu stansiyanın tikilməsi gözlənilmir. Qardaş ölkəmizin Qərb tərəfi ilə yaxşı əlaqələri var. NATO-ya üzvdür və Avropa İttifaqına üzv olmaq istəyir. Türkiyədə atom elektrik stansiyasının inşası Qərbin bəzi  təşkilatları və ölkəri ilə rəsmi Ankara arasında ziddiyyətlər yarada bilər. Bu həm infrastruktur, həm də siyasi məsələdir. Jomart Tokayev məsələnin üzərində ciddi dayansa, gələcək zamanda onunla bağlı siyasi kataklizmlərlə nəticələnə bilər".