Paris Olimpiadasında Rusiya bayrağı olmayacaq - Makron

Parisdə keçiriləcək Olimpiya Oyunlarında Rusiya bayrağının nümayişinə icazə verilməyəcək.


Bakupost.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron “L'Equipe” qəzetinə verdiyi açıqlamasında bildirib.


“Paris Olimpiya Oyunlarında Rusiya bayrağı ola bilməz. Rusiyanın “müharibə cinayətləri törətdiyi bir vaxtda 2024-cü il Olimpiadasında yeri yoxdur”, - Makron qeyd edib.


Makron bəyan edib ki, rusiyalı idmançıların Olimpiya Oyunlarında fərdi iştirakı ilə bağlı qərar Beynəlxalq Olimpiya Komitəsinə məxsusdur.