Pentaqon Ukraynaya hərbi yardımın auditini aparacaq

Pentaqon ABŞ Silahlı Qüvvələrinin Ukraynaya hərbi yardımla bağlı mühasibat sənədlərini yoxlamağı planlaşdırır.

APA-nın məlumatına görə, bu barədə RBC-Ukrayna “Breaking Defence” nəşrinə istinadən məlumat yayıb.


"Bu auditin məqsədi aktivlərin qiymətləndirilməsidir", - Pentaqonun 5 sentyabr tarixli məktubunda deyilir.