Rusiyaya qarşı mübarizədə irəliləyiş əldə etdik - Mişel

AB Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan yayınma ilə mübarizədə irəliləyiş əldə edib.

Axar.az xəbər verir ki, bunu AB Şurasının rəhbəri Şarl Mişel deyib.

“Sanksiyalardan yayınma ilə mübarizə bizim üçün çox vacibdir, biz bununla bağlı müəyyən irəliləyiş əldə edirik”, - o bildirib.

Mişel əlavə edib ki, sanksiyalardan yayınmaya qarşı mübarizə digər dövlətlərlə ciddi dialoq tələb edir.