Qarabağı biz təslim etməmişik - Lavrov

Ermənistan hakimiyyətinin guya Qarabağın Rusiya tərəfindən təslim edilməsi ilə bağlı bəyanatları həqiqətə uyğun deyil.

Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

"Qarabağın verilməsində Rusiyanı günahlandırmaq lazım deyil, öz xalqının qarşısında cavab vermək lazımdır", - Lavrov bildirib.