Putin Şərq İqtisadi Forumunda iştirak üçün Vladivostoka səfər edib

Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunda iştirak etmək üçün Vladivostoka səfər edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya Prezidentinin forum çərçivəsində Şimali Koreya lideri Kim Çen Inla ikitərəfli görüş keçirəcəyi və forumun sentyabrın 13-də keçiriləcək plenar iclasında iştirak edəcəyi bildirilib.

Kim Çen Inın də artıq qatarla Pxenyandan Vladivostoka yola düşdüyü açıqlanıb.