KİV: "Cozef Baydenlə bağlı impiçment prosesi başlaya bilər"

ABŞ Prezidenti Cozef Baydenlə bağlı impiçment prosesi başlaya bilər.

“Report” CNN nəşrinə istinadən xəbər verir ki, ABŞ-ın Nümayəndələr Palatasında bununla bağlı müzakirələr gedir.

Qeyd olunub ki, hələ ki yekdil qərar yoxdur.

Parlamentin sözçüsü Kevin Makkarti bildirib ki, o, impiçmentlə bağlı rəsmi araşdırmalara başlamağa hazırdır: "ABŞ-ın iqtisadi xərcləri və Ukraynadakı müharibəyə münasibəti ilə bağlı Nümayəndələr Palatası və Senat arasında fikir ayrılığı var. Əsas məsələ budur”.

Senatda azlığın lideri Miç Makkonel isə söyləyib ki, impiçment ölkə üçün yaxşı nəsə vəd etmir.